11 
Apr
2017
18:00
26
143
6789
Virtual karabakh

Nazirlik Bakıda hostelə qarşı reyd keçirilməsinə münasibət bildirib

“Mədəniyyət və Turizm Nazirliyi Bakıda hostellə bağlı baş verən hadisədən məlumatlıdır”.

Oxu.Az xəbər verir ki, bu barədə “Report”a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov Bakıda hostel xidməti göstərən obyektə qarşı keçirilən reydə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı nazirlik müvafiq qurumlarla danışıqlar aparıb.

“Bildiririk ki, ölkədə yalnız yüksək kateqoriyalı mehmanxanaların deyil, ümumilikdə aşağı kateqoriyalı mehmanxanaların və hostellərin də inkişaf etdirilməsi, daha da çoxaldılması, eləcə də onların müasir səviyyədə turistlərə xidmət göstərməsində maraqlıyıq. Bu, bizim üçün vacib istiqamətlərdəndir”, - deyə şöbə müdiri əlavə edib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, hadisə məhkəmə predmetidir: “Aidiyyəti üzrə məhkəmə instansiya orqanlarına müraciət oluna bilər”.

Qeyd edək ki, Bakıda hostel xidməti göstərən obyektə qarşı reyd keçirilməsi sosial şəbəkələrdə qınağa səbəb olub.

U.A.
www.oxu.az

Digər Turizm xəbərləri