12 
Apr
2017
18:03
195
50
7299
Virtual karabakh

Nəhəng çarxını fırlada-fırlada dünyanı gəzən səyyah Azərbaycandadır – VİDEO

Adətən, insanlar müxtəlif nəqliyyat vasitələrindən istifadə edərək dünya səyahətinə çıxırlar.

Oxu.Az ARB 24-ə istinadla xəbər verir ki, Almaniya vətəndaşı olan Şahin Sadathüseyni fərqlilik edərək dünyanı nəhəng çarxı ilə birlikdə gəzməyə qərar verib.

İran əsilli Alman vətəndaşı Şahin Sadathüseyni artıq bir neçə gündür ki, ölkəmizdə səfərdədir. İçərisinə əşya bağladığı nəhəng və ağır çarxı ilə xeyli marağa səbəb olan səyyahın növbəti dayanacağı Şəmkir olub.

44 yaşlı səyyah Azərbaycana gələnə qədər 9400 kilometr yol qət edib. Bir çox Avropa ölkələrində olan səyyah xalqımızın qonaqpərvər, yardımsevər olduğunu söyləyir. Səyyah Şəmkirdən sonra Gəncəyə gedəcək.

Daha sonra isə cənub istiqamətində yol alıb Astaraya, oradan da İrana səfər edəcək. Bununla da Şahin Sadathüseyninin səfəri başa çatacaq.

İ.N

www.oxu.az

Digər Turizm xəbərləri