18 
Apr
2017
11:17
20
138
3725
Virtual karabakh

Turist artımı cibimizə necə təsir edib? – VİDEO

18 Apr, 2017
11:17
3725

Turist artımı cibimizə necə təsir edib? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana 544 min nəfər turist gəlib. Ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayı 24,9% artıb. 

Eyni zamanda, ötən illərlə müqayisədə Azərbaycanda turizm sahəsi 25% inkişaf edib.

Statistikaya görə, ötən il Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya (33%), Gürcüstan (22,5%), Türkiyə (13,9%) və İran (10,9%) vətəndaşları çoxluq təşkil edib. 

Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya Respublikası, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb.

Oxu.Az-ın məlumatına görə, Report Bakı sahibkarları arasında turist artımının işlərinə təsiri ilə bağlı sorğu keçirib.

Turistlərin əyləncə məkanı olan “Pub”larda son vaxtlar müştərilərin sayı, xüsusilə, BƏƏ-dən gələn turistlərin hesabına artıb. “Pub” administratoru Aygün Cəfərova bildirib ki, müştəriləri məmnun etmək üçün menyularını onların tələbatlarına uyğun olaraq genişləndiriblər.

Suvenir və geyim mağazalarında aparılan müşahidələrdən belə qənaətə gəlmək olar ki, ölkəyə gələn qonaqlar daha çox buta ornamenti ilə bəzədilmiş geyimlərə və suvenirlərə üstünlük verirlər.

Yerli sahibkarlar arasında aparılan sorğu göstərdi ki, onlar daha çox ərəb ölkələrindən gələn turistlərin çoxluğunu nəzərə alaraq xidmətlərində onlara uyğun dəyişikliklər ediblər. 
Bəzi restoranlar menyularına ərəb turistlərin damaq dadına uyğun təamlar daxil edib, bəziləri isə onların zövqlərinə uyğun şoular təşkil edirlər.

Mövzu ilə əlaqədar ətraflı videosorğunu təqdim edirik. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri