May
2017
15:27
198
18
8806
Virtual karabakh

Lənkərana bu şəhərlərdən birbaşa aviareys açılır

1 May, 2017
15:27
8806

Lənkərana bu şəhərlərdən birbaşa aviareys açılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi Yekaterinburq şəhərindən Lənkərana aviareyslərin yerinə yetirilməsinə icazə verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, uçuşları “Severnıy veter” (Şimal küləyi) aviaşirkəti yerinə yetirəcək. Bildirilir ki, aviaşirkət həftədə 3 dəfə Lənkərana uçacaq.

Bundan başqa, şirkət Moskva və Sankt-Peterburq şəhərindən də Lənkərana uçuşlar yerinə yetirmək niyyətindədir.

Qeyd edək ki, hazırda Yekaterinburqun “Koltsovo” hava limanından Bakıya birbaşa aviareys mövcuddur. Aviareysi “Ural hava yolları” aviaşirkəti yerinə yetirir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri