May
2017
15:15
32
107
2765
Virtual karabakh

AZAL-dan aviabilet al – ağac ək!

3 May, 2017
15:15
2765

AZAL-dan aviabilet al – ağac ək!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” Bakı şəhərinin yaşıllaşdırılması və ətraf mühitin qorunmasına qayğı göstərilməsinə yönəlmiş xüsusi ekoloji layihənin başlaması barədə elan edir.  

2017-ci il mayın 3-dən 10-dək AZAL və AZALJET-in istiqamətləri üzrə satılan hər bir aviabiletə görə aviaşirkət bir ağac əkəcək.

Layihə çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanı ətrafındakı ərazidə tinglər basdırılaraq xüsusi ağacəkmə aksiyası keçiriləcək. 

“Azərbaycan Hava Yolları” bir daha bu aksiya ilə diqqəti ölkəmizin və ümumilikdə planetimizin ekologiyasına mənfi təsir göstərən meşə və yaşıllıqların qırılması kimi aktual problemə yönəldir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri