May
2017
15:13
125
33
2426
Virtual karabakh

Bakı rusiyalı turistlərin 9 May tətili üçün seçdikləri ilk beşlikdədir

8 May, 2017
15:13
2426

Bakı rusiyalı turistlərin 9 May tətili üçün seçdikləri ilk beşlikdədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TurSat” analitik agentliyi 9 May bayramında turistlər arasında ən populyar istiqamətləri müəyyən edib. 

Oxu.Az “TurSat”-a istinadən xəbər verir ki, Praqa, Berlin, Budapeşt, Tallin və Bakı rusiyalıların mayın 9-da səfər etmək üçün seçdikləri xarici şəhərlərin ilk beşliyindədir.  

Qələbə günü Rusiya şəhərlərində və MDB dövlətlərinin paytaxtlarında təntənəli tədbirlər keçiriləcək və bayram atəşfəşanlığı baş tutacaq. 

Reytinq hotellərin onlayn bron sisteminin məlumatı əsasında tərtib edilib. 

“TurSat” agentliyinin məlumatına görə, may bayramlarında Bakıda turistin büdcəsi orta hesabla sutkada 85 dollar olacaq.  

Rusiyalı turistləri Azərbaycanda yerli qonaqpərvərlik, zəngin mədəniyyət, qastronomiya, şoppinq və hava şəraiti cəlb edir. 

N.О.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri