11 
May
2017
18:40
270
35
4460
Virtual karabakh

Lənkəran rusiyalı turistlər arasında populyar MDB kurortlarının ilk beşliyindədir

TurStat analitik agentliyi 2017-ci ilin yayında dincəlmək üçün rusiyalı turistlər arasında ən populyar kurortları müəyyən edib.  

Oxu.Az TurStat-a istinadən xəbər verir ki, MDB ölkələrinin rusiyalı turistlər arasında populyar olan kurortlarının ilk beşliyini müəyyən edib. Bura Qazaxıstan, Belarus, Qırğızıstan, Azərbaycan və Ermənistan kurortları daxildir. 

MDB ölkələrinin ən məşhur kurortlarının ilk beşliyinə Borovoe (Kazaxıstan), İssık-Kul (Qırğızıstan), Naroç (Belarus), Lənkəran (Azərbaycan) və Sevan (Ermənistan) daxildir. 

Reytinq hotellərin onlayn bron edilmə sisteminin məlumatı üzrə tərtib edilib. 

TurStat-ın məlumatına görə, Lənkəranda rusiyalı turistlər adətən 7 gün, İssık-Kul-da 10 gün, Naroçda 8 gün, Borovda 12 gün, Sevanda isə 3 gün müddətinə hotel nömrəsi bron edirlər.

Lənkəranda istirahət çün turist büdcəsi orta hesabla sutkada 70 dolalrdan ibarət olur. Kurorta Moskva, Sankt-Peterburq və Moskva vilayətindən gəlirlər. 

N.О.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Turizm xəbərləri