15 
May
2017
18:44
22
110
4637
Virtual karabakh

Ölkəmizə gələn turistlər üçün yeni xəbər – FOTO

15 May, 2017
18:44
4637

Ölkəmizə gələn turistlər üçün yeni xəbər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 15-dən etibarən “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. 

Oxu.Az-a “ASAN xidmət”dən verilən məlumata görə, qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. 

Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsi ilə 3 addımla ( müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində elektron vizanı əldə etməsi mümkündür.

Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu “ASAN Viza” sistemi 10 yanvar 2017-ci il tarixindən etibarən fəaliyyətə başlamışdır.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri