23 
May
2017
12:00
255
22
4091
Virtual karabakh

“Mleiha” - Şarjanın tarixindən səhifələr – FOTO

23 May, 2017
12:00
4091

“Mleiha” - Şarjanın tarixindən səhifələr – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

XX əsrdə ölkədə neft aşkar edildikdən sonra Ərəb Əmirliklərinin sürətli inkişafının tarixi dillər əzbəri oldu.

Amma BƏƏ adlı dövlət yaranana qədər insanların bu torpaqlarda necə yaşadığı heç də hər kəsə məlum deyil. Şarjanın qədim tarixinə dair maraqlı məlumatlar, bu əmirliyin ərazisində yerləşən çoxsaylı arxeoloji qazıntılarda saxlanıb. Bu regionda min il öncə həyat tərzinin necə olduğunu, əsasən, “Mleiha” arxeoloji mərkəzində öyrənmək olar. 

Burada Dəmir dövründən b.e.ə. X-V əsr yaşayış məskənlərinin qalıqlarına qədər aşkar edilmiş artefaktlar, Hacar dağlarının yeraltı sularının falac texnologiyasından istifadə edərək oturaq əkinçilik sivilizasiyasının inkişafını təsdiq edir. Bu texnologiyanın əsası ondan ibarətdir ki, yeraltı və ya bulaq suyu ağırlıq qüvvəsinin təsiri ilə kənd təsərrüfatı və məişət ehtiyaclarını ödəmək üçün kilometrlərlə uzağa istiqamətləndirilir. Bu sistemin necə işlədiyini “Mleiha” arxeoloji muzeyin müasir interaktiv ekspozisiyasında görmək olar. 

Qoruğun ərazisində, həmçinin qazıntılar zamanı b.e.ə. III minilliyə aid məzarlar da aşkar edilib. İslamın yaranma dövrünə aid məzarlar da maraq doğurur. Bu məzarlarda nizə və dəvəsi ilə basdırılan insan qalıqları aşkar edilib.

Arxeoloji muzeydə bu məzarın rekonstruksiyasını görmək olar, həm də təbii ölçüdə. “Mleiha” arxeoloji mərkəzin unikallığı ondan ibarətdir ki, bura gələnlər nəhəng ərazini gəzərək qədim məzarları, mağaraları, yaşayış məskənlərinin qalıqlarını görə bilərlər. Bütün bu sadalananlar qum təpələri və lal qayalarla əhatə olunub. Burada, xüsusilə də qürubdan öncə çəkilən fotolar çox effektiv olur. Arzu edənlərə “Mleiha” mərkəzi sürücü və avtomobil təşkil edir, siz bu xidmətdən istifadə edərək səhra gəzintinizi daha fərqli edə bilərsiniz. 

www.oxu.az
   

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri