24 
May
2017
11:55
17
113
2251
Virtual karabakh

Nazir Şopinq Festivalından qazanılan pullardan danışdı

24 May, 2017
11:55
2251

Nazir Şopinq Festivalından qazanılan pullardan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ümumən festivalın keçirilməsinə cəmi 700 min manat xərclənib. Ümumi büdcə 1 milyon manatı keçməyib. Büdcəyə isə 5,6 milyon manat vəsait daxil olub”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şopinq Festivalının nəticələrinə həsr olunan tədbirdə deyib.

Nazir bildirib ki, bu, kifayət qədər müsbət nəticədir:

“Festivalın keçirilməsi, ilk növbədə iqtisadi amillərlə bağlıdır. Festivalın keçirilməsi haqqında qısa müddətdə qərar verildi və hazırlıq işlərinə başlanıldı. Müvafiq dövlət orqanlarının səylərinin nəticəsində bu festival yüksək səviyyədə baş tutdu. 

Biz ehtimal edirik ki, bu ilin axırına qədər bütün festivalların keçirilməsi nəticəsində büdcəyə 40-50 milyon vəsaitin daxil olmasına nail olunacaq. Festivaldan 98 faiz iştirakçı məmnun qalıb. 

Festival beynəlxalq və yerli medianın geniş müzakirə mövzusuna çevrildi. Eyni zamanda sosial şəbəkələrdə böyük marağın şahidi olduq”.

Nazir əlavə edib ki, növbəti festival üçün bu gündən etibarən hazırlıqlara başlanacaq.

Qeyd edək ki, Bakı Şopinq Festivalının ümumi dövriyyəsi 18 milyon 167 min 892 manat olub. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri