12 
İyn
2017
19:00
46
143
4873
Virtual karabakh

Ölkədə 158 çimərlik fəaliyyət göstərir

12 İyn, 2017
19:00
4873

Ölkədə 158 çimərlik fəaliyyət göstərir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəzər dənizinin 60-70 faizi çimərlik turizmi üçün yararlıdır. Amma bunlardan müvafiq məqsədlərlə istifadə edilmir”.

Oxu.Az AZERTAC-a istinadən xəbər verir ki, bu sözləri Turizm Şurasının dördüncü iclasında Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Mahir Qəhrəmanov deyib.

O bildirib ki, rayon icra hakimiyyətlərindən daxil olan siyahılara əsasən ölkəmizdə 158 çimərlik fəaliyyət göstərir: 

“Yeni çimərliklərin yaradılması məqsədilə Bakı şəhəri üzrə 9, Xaçmaz şəhəri üzrə 1 yer müəyyənləşdirilərək peyk görüntüləri təqdim edilib. Bakı şəhəri Şüvalan qəsəbəsi və Sumqayıt şəhərinin müvafiq sahilboyu ərazilərində ümumilikdə iki çimərliyin yaradılması üçün bizə müraciət olunub. Bu istiqamətdə yaxın vaxtlarda işçi qrupu tərəfindən müvafiq addımlar atılacaq”.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri