19 
İyn
2017
11:42
106
13
2659
Virtual karabakh

AZAL Azərbaycan və Tailandın paytaxtları arasında birbaşa aviareys açır

19 İyn, 2017
11:42
2659

AZAL Azərbaycan və Tailandın paytaxtları arasında birbaşa aviareys açır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” (AZAL) oktyabrın 29-dan etibarən Bakıdan Tailandın paytaxtı Banqkok şəhərinə (Suvarnabhumi Beynəlxalq Hava Limanı) müntəzəm sərnişin reyslərinin həyata keçirilməsinə başlayacaq. Qeyd edək ki, bu, Azərbaycanın paytaxtından Cənub-Şərqi Asiyaya ilk birbaşa müntəzəm sərnişin aviareysidir.

Bakıdan Banqkoka aviareyslər çərşənbə axşamı və bazar günləri ekonom və “VIP-klub” sinif salonlu rahat “Boeing-767” laynerləri ilə yerinə yetiriləcək. Banqkokdan Bakıya aviareyslər isə bazar ertəsi və çərşənbə günləri həyata keçiriləcək.

Banqkoka yeni reyslər “Azərbaycan Hava Yolları”nın digər reysləri ilə rahat calanacaq ki, bu da Britaniyanın nüfuzlu “Skytrax” agentliyinin qiymətləndirməsinə görə postsovet məkanında ən yaxşı hava limanı elan edilən Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə Avropa və MDB ölkələrindən transfer daşınmaları planlaşdırmağa imkanı verəcək.

Aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Banqkok regionunun əsas turizm mərkəzlərindən biridir. Hər il bu şəhəri dünyanın bir çox ölkələrindən, xüsusilə Qərbi Avropa və MDB ölkələrindən milyonlarla turist ziyarət edir. Banqkok ən tələbkar zövqləri belə təmin etməyə qadirdir: həm sirli Şərq mədəniyyəti ilə maraqlananları, həm də əyləncə həvəskarlarını. Şəhərdə müxtəlif səviyyəli çoxlu sayda hotellər fəaliyyət göstərir, buna görə də burada əhalinin bütün təbəqələrindən olan turistlər istirahət edə bilər.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarından və rəsmi agentliklərindən əldə etmək mümkündür.

Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan  keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  
(+99412) 598-88-80;

Azərbaycandan zənglər üçün qısa nömrə: *8880

E-mail: [email protected]  

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.
 

E-mail: [email protected] 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri