20 
İyn
2017
17:50
152
99
2568
Virtual karabakh

AZAL bu il dünyanın ən yaxşı 100 aviaşirkəti arasında yer alıb

20 İyn, 2017
17:50
2568

AZAL bu il dünyanın ən yaxşı 100 aviaşirkəti arasında yer alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti 2017-ci il üzrə dünyanın ən yaxşı 100 aviaşirkəti arasında 71-ci yeri tutub.

Oxu.Az xəbər verir ki, reytinq siyahısını “Skytrax” konsaltinq şirkəti tərtib edib. Siyahıya əsasən, “Qatar Airways” bu il dünyanın ən yaxşı aviaşirkəti seçilib. “Singapore Airlines” ikinci, Yaponiyanın ANA aviaşirkəti üçüncü olub. Həmçinin, aviaşirkətlərin “Top-5”-liyinə “Emirates” və “Cathay Pacific” düşüb. 

“Turkish Airlines” bu il reytinqdə 12-ci, Rusiyanın “Aeroflotv” aviaşirkəti isə 30-cu sırada qərarlaşıb.

Xatırladaq ki, “Emirates” 2016-cı ildə ən yaxşı aviaşirkət seçilmişdi. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri