28 
İyn
2017
17:03
26
185
3636
Virtual karabakh

Azərbaycandan xaricə turlar bahalaşıb

28 İyn, 2017
17:03
3636

Azərbaycandan xaricə turlar bahalaşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin may ayında ölkədən kənara istirahət turları 4,5% bahalaşıb, daxili turların qiymətləri isə sabit qalıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Report Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xaricə turların qiymətlərində yanvarda 0,1% artım, fevralda 2,5% azalma, martda 5,9% artım və apreldə 11,7% azalma qeydə alınıb. Ölkə daxilində turlar isə yanvarda 1,3% bahalaşsa da, daha sonra qiymətlər sabit qalıb.

Rəsmi statistikaya əsasən, cari ilin may ayında xaricə istirahət turlarının orta aylıq qiyməti 470,89 manat, ölkədaxili turların qiymətləri 296,71 manat təşkil edib. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri