İyl
2017
00:39
178
25
16699
Virtual karabakh

118 manata Londona necə getmək olar? – FOTO + VİDEO

7 İyl, 2017
00:39
16699

118 manata Londona necə getmək olar? – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Travel-blogger Azər İsmayıl Londona ucuz səyahət etməyin yolunu təqdim edir: 

“Londonu nəinki Britaniyanın, hətta Avropanın da paytaxtı adlandırardım. Gözəl, təmiz, səliqəli və multikultural şəhərdir.

“WizzAir” Kutaisidən (Gürcüstan) Londona (Luton aeroportu) birbaşa reyslərə başlayıb. Beş saat on dəqiqə çəkən bu uçuş “WizzAir”in ən uzun müddətli birbaşa uçuşudur.

Uçuş 18 iyun saat 15:55-də idi. Amma bir gün tez gedib Tbilisidə gəzdim. Tbilisiyə qatarla getdim, plaskart kateqoriyalı biletin qiyməti 22 manat idi. Gecələmək üçün airbnb.com saytından ev bronladım, 19 dollar (32 AZN).

Evin linki: https://www.airbnb.com/rooms/13454409

Ev Rustaveli küçəsindən iki dəqiqəlik məsafədə idi. Tbilisidən Kutaisi aeroportuna getməyin bir neçə yolu var. Daha ucuz “Didube” metrostansiyasında yerləşən regional avtovağzaldan Kutaisi şəhərinə getməkdir (adambaşı 10 lari - 7 AZN) və Kutaisi şəhərinin avtovağzalından aeroporta getmək (adambaşı iki lari - 1.4 AZN).

Gediş-dönüş aviabiletini 167 lari (118 AZN) təşkil edir. Təyyarə çox təmiz və səliqəli idi. Hosteslərin əksəriyyəti gürcü idi və gülərüz idilər.

Lutonda pasport qeydiyyatında 2 saat növbədə durduq. Vəziyyət o hala gəldi ki, aeroport işçiləri su paylamağa başladılar. 

Səfərlərinizdə bunu nəzərə alın. Bir də onu qeyd edim ki, Britaniya aeroportlarından harasa uçanda pasport qeydiyyatı olmur. Yəni ki, pasporta möhür vurulmur.

“Luton” aeroportu mərkəzdən 58 km aralıdır. Lutondan mərkəzə avtobus (easybus.com və nationalexpress.com) və qatarla (www.thameslinkrailway.com) gedə bilərsiniz. Avtobusla 1 saat 40 dəqiqəyə, qatarla isə 40 dəqiqəyə mərkəzə çatmaq olar.

Mən gedəndə qatarla (10 GBP - 22 AZN), qayıdanda isə “easybus”la  (6 GBP - 13 AZN) gəldim. Qatar stansiyasına (Luton Airport Parkway) getmək üçün aeroportdan 2.5 GBP ödəyib avtobusla 7-8 dəqiqə yol gedirsiniz.

Gecələmək üçün yenə də airbnb.com saytında istifadə elədim və “Canada Water” metrosundan 7-8 dəqiqəlik məsafədə olan bir evdə otaq kirayələdim. 4 gecə üçün 137 dollar (234 AZN) ödədim.

Evin linki: https://www.airbnb.com/rooms/14279332

Britaniya vizası çətin alınan vizalardan biridir, ən ucuz variantın qiyməti 200 manata yaxındır. Sənəd siyahısı şengen ilə eynidir, 6 aylıq multi giriş-çıxışlı verilir.

London dünyanın ən bahalı şəhərlərindən biridir. Xidmət bahadır, amma marketlər (“Lidl”, “Tesco”) əlverişlidir. Hazır yeməklər çoxdur və müxtəlifdir. Yəni ac qalmaq olmur”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri