10 
İyl
2017
13:34
186
44
4094
Virtual karabakh

Azərbaycanda Beynəlxalq Dolma Festivalı keçiriləcək

10 İyl, 2017
13:34
4094

Azərbaycanda Beynəlxalq Dolma Festivalı keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda II Beynəlxalq Dolma Festivalı keçiriləcək.

Oxu.Az xəbər verir ki, Trend-in məlumatına görə, festival Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Xaçmaz rayonunda təşkil olunacaq.

II Beynəlxalq Dolma Festivalında respublikanın 40-a yaxın bölgəsi tərəfindən qədim Azərbaycan milli mətbəxinə aid olan 300-dən çox dolma təqdim olunacaq. Eyni zamanda, festivalda Azərbaycanda fəaliyət göstərən diplomatik nümayəndəliklər (səfirliklər) tərəfindən hər ölkənin ənənələrinə uyğun xörəklərin sərgisi olacaq.

Tədbirdə Milli Məclis üzvləri, ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının nümayəndələri, diplomatik nümayəndəliklər iştirak edəcəklər.

Festivalın açılışı iyulun 15-də Xaçmaz şəhəri "Çənlibel" parkında keçiriləcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri