11 
İyl
2017
15:21
16
87
4285
Virtual karabakh

Niyə Azərbaycanda “All inclusive” təklif edilmir?

11 İyl, 2017
15:21
4285

Niyə Azərbaycanda “All inclusive” təklif edilmir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada turizmin inkişafı və yeni marşrutların tapılması hələ də aktualdır. Artıq ölkələr bu sektorda rəqabətli xidmətlər təklif edirlər. Bunun üçün hər bir ölkə və turizm obyektləri turistlər üçün maksimum sərfəli şərtlər yaradırlar. Məsələn, Türkiyədə yerləşən mehmanxanaların üstün cəhətlərindən biri müştərilərə “all inclusive” xidməti təqdim etməsidir. Bu xidmət turistə imkan verir ki, hoteldə qaldığı müddətdə həm içkilərdən, həm də yeməklərdən istədiyi vaxt pulsuz istifadə edə bilsin.

Oxu.Az xəbər verir ki, Fins.az Azərbaycanda yerləşən mehmanxanalarda bu xidmətin olub-olmadığını araşdırıb. Məlum olub ki, belə bir xidmət yoxdur. Baxmayaraq ki, ölkədəki hotellər kifayət qədər turist qəbul edir.

Hotellər və Restoranlar Assosasiyasının rəhbəri Samir Dübəndinin sözlərinə görə, bu cür xidmət daha çox resort tipli məkanlarda mövcuddur.

Azərbaycanda bu cür yerlərin “barmaq sayı” qədər olduğunu deyən S.Dübəndi “all inclusive” xidmətinin yerli hotellərimizə xeyir vermədiyini bildirib.

Ekspertin sözlərinə görə, Türkiyədə çimərlik mövsümü mart ayından başlayıb oktyabra yaxın bitdiyi halda, bizdə mövsüm elə də uzun olmur. Elə bu səbəbdən də bu cür xidmətlərin mehmanxanalara daha çox ziyan verə biləcəyi bildirilir.

S.Dübəndinin fikrincə, çimərlikləri yetərincə inkişaf etdirmək lazımdır: “Bunu üçün dəniz sahili və dəniz dibi də işlənməlidir ki, burada yetərincə istirahət mərkəzləri salınsın. Türkiyə bu yolu artıq 15-20 il bundan qabaq başlayıb və çoxdan bu cür çətinlikləri geridə qoyub”.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri