12 
İyl
2017
17:16
9
92
3752
Virtual karabakh

Səyahət üçün ən yaxşı pasportlar - REYTİNQ

Dünyada siyasi vəziyyətlə yanaşı, bu və ya digər ölkəyə giriş qaydaları da dəyişir. 

Oxu.Az nat-geo.ru-ya istinadən xəbər verir ki, Passport Index saytında  sahiblərinin üzünə sərhədləri açan pasportların reytinqi dərc edilib.  

193 ölkənin və 6 ərazinin (Makao, Kosovo və s.) daxil olduğu pasport reytinqi BMT-nin siyahısına əsaslanıb.

Pasport sahibləri əvvəlcədən viza almadan daxil ola biləcəyi ölkə üçün xal verir. Vizasız rejimlərlə yanaşı, aeroportda alınan vizalar da nəzərə alınır. Belə ölkələrin sayı çox olduqca pasportun reytinqi də yüksək olur. Son ildə vəziyyət ümumilikdə elə də dəyişməyib: dünyada sərhədlərinin çoxunun açıq olduğu “nüfuzlu” pasportların sahibləri  əvvəlki kimi Qərbi Avropa və Şimali Amerika sakinləridir. Asiya ölkələri arasında isə Sinqapur, Cənubi Koreya və Yaponiya liderlik edir. Bu pasportların sahibləri 156-158 ölkəyə vizasız səfər edə bilərlər.  

Yaxın Şərq ölkələrinin sakinləri isə arzuolunmaz vəziyyətdədirlər. Belə ki, Əfqanıstan vətəndaşları 22, Pakistan vətəndaşları 25, İraq vətəndaşları isə 26 ölkəyə vizasız səfər edə bilərlər. Onlar üçün “açıq sərhədli” ölkələr Haiti, Uqanda, Samoa və bir sıra kurort bölgələridir. 

Reytinqdə ən böyük irəliləyişi Ukrayna edib. Əgər daha öncə bu ölkənin vətəndaşları 85 ölkəyə vizasız səfər edə bilirdisə, indi bu göstərici 119 olub. Bunun sayəsində Ukrayna 48-ci pillədən 30-cu pilləyə qalxıb. Bu yaxınlarda Avropaya vizasız rejim hüququ əldə edən Gürcüstan pasportlarının sahibləri isə 104 ölkəyə səfər edə bilərlər. 

Azərbaycan bu reytinqdə 65-ci yerdədir, vətəndaşlarımız 64 ölkəyə vizasız səfər edə bilərlər. 

S.S.
www.oxu.az

 

Digər Turizm xəbərləri