17 
İyl
2017
11:08
19
81
20101
Virtual karabakh

500 manata istirahət – 4 ölkədən birini seçin

17 İyl, 2017
11:08
20101

500 manata istirahət – 4 ölkədən birini seçin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsti yay günlərində hər birimiz yorğun iş ilindən sonra ancaq məzuniyyətdə istirahət etməyi düşünürük. Hər kəs istirahətini gözəl və yaddaqalan keçirmək istəyir. Xaricdə istirahət etməyi arzulayanlar isə üstünlük təşkil edir.

Minimum gəliri olan ölkə vətəndaşları “ciblərinə” uyğun olaraq harada istirahət edə bilərlər? İl ərzində min (1000) manat toplayan və bundan artıq istirahətə vəsait xərcləmək istəməyənlər hansı xarici ölkələrə üz tuta bilərlər?

Oxu.Az  sözügedən mövzu ilə bağlı araşdırma aparıb. Sizə yaxın qonşularımız olan Türkiyə, Rusiya, Gürcüstan və İranda bu vəsaitlə necə dincəlməyin yollarını təqdim edirik.

Qonşu Türkiyəyə üz tutmaq istəyənlər iki nəfərə bu vəsait hesabına 5 gün dincələ bilərlər:

Gəncədən İstanbula (avtobusla) getmək üçün 1 nəfərlik biletin qiyməti 55 dollar, evlərin bir gün üçün kirayə qiyməti 17 dollardan başlayır, daha ucuz qiymətə hostellərdə də qalmaq mümkündür. Türkiyədə günlük yemək xərci 10 dollar, nəqliyyat xərci isə 5 dollar təşkil edir.

Bakıdan Tiflisə (avtobusla) getmək üçün 1 nəfərlik biletin qiyməti 12 manat, evlərin bir gün üçün kirayə qiyməti 35 manatdan başlayır, burada da ucuz qiymətlərə hostellər var. Gürcüstanda günlük yemək xərci 22 manat, nəqliyyat xərci isə 7 manat təşkil edir.

Bakıdan Rusiyanın bir neçə istiqamətinə 60 manatdan başlayan qiymətlərlə qatar və ya avtobusla səyahət etmək olar. Rusiyanın istənilən bölgəsində günlük qiyməti 25-30 manata olan evlər, 2-3 ulduzlu hotel və ya hostellər var. Burada sizin bir günm üçün yemək xərciniz 30 manat, nəqliyyat xərciniz isə 6 manat təşkil edir.

İranda istirahət etmək istəyənlər Lənkəran və Biləsuvardan birbaşa Tehrana avtobusla (bilet 40 manat) yollana bilərlər. İranda 5 ulduzlu hotellərin qiyməti 30-50 manatdan, 2-3 ulduzlu hotellərin qiyməti isə 10-15 manatdan başlayır. Burada 1 nəfər üçün günlük yemək xərci 10-15 manat, nəqliyyat xərci isə 3-4 manat təşkil edir.

Oxu.Az-ın apardığı hesablamalara əsasən, qonşu ölkələrə 500 manata (1 nəfər) 5 günlük səyahət etmək mümkündür. Eyni zamanda, siz bir çox turizm saytları və forumlarından istifadə etməklə (www.airbnb.ru, www.tripadvisor.com) səyahət edəcəyiniz ölkədə daha sərfəli qiymətlərlə əvvəlcədən ev və ya hostel kirayələyə bilərsiniz. 

Ü.Ş.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri