17 
İyl
2017
15:28
42
133
2545
Virtual karabakh

Azərbaycana gələn əcnəbilərin sayı artıb – RƏSMİ

17 İyl, 2017
15:28
2545

Azərbaycana gələn əcnəbilərin sayı artıb – RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan xidməti müşavirə keçirilib.

Xidmətdən Oxu.Az-a verilən məlumata görə, xidmətin struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.

Xidmət rəisi bildirib ki, turizm sektorunun inkişafı ilə bağlı görülən işlər, “ASAN viza” sisteminin tətbiqi, sabitlik Azərbaycana səfər edən əcnəbilərin sayının 6 ay ərzində kifayət qədər artmasına səbəb olub.

F.Nəbiyev deyib ki, bu ilin birinci yarısında 1 milyon 199 min 770 halda 747 min 107 əcnəbi və vətəndaşlığı olmayan şəxsin Azərbaycana daxil olması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə qeydə alınıb. Bu rəqəm 2016-cı ilin müvafiq dövründə 955 min 279 halda 529 min 924 olub.

O qeyd edib ki, 6 ay ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 328 min 159 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib ki, bu da ötəni ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

Bu ilin birinci yarısında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimə edilməklə 48 saat ərzində ölkəni tərk etmə ilə bağlı 5391 qərar qəbul olunub.

Hesabat dövründə Dövlət Miqrasiya Xidmətinə Azərbaycan ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 45.099 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərar qəbul edilib.

Altı ay ərzində Xidmətin Çağrı mərkəzinə 46.992 zəng daxil olub.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri