18 
İyl
2017
17:08
30
122
11909
Virtual karabakh

Bakı minskli bloqerin gözü ilə: Burada yemək anlaşılmazdır – VİDEO

18 İyl, 2017
17:08
11909

Bakı minskli bloqerin gözü ilə: Burada yemək anlaşılmazdır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə sürətlə məşhurlaşan və özünün “YouTube” kanalı olan 22 yaşlı  minskli bloqer Karolina K (Karolina Kononoviç) Belorusiyadan olan bir qrup səyyahla Bakıya gəlib. 

Oxu.Az haqqin.az-a istinadla xəbər verir ki, o, Azərbaycanın paytaxtı ilə bağlı ilk videosunu artıq təqdim edib.

Bloqerin sözlərinə görə, ilk təəssüratları belədir: “Şəhər çox gözəl, binaları möhtəşəmdir, Zahi Hədidin əsəri olan Heydər Əliyev Mərkəzi isə xüsusilə seçilir”. 

Karolina qeyd edir ki, Bakı çox isti, yeməkləri isə anlaşılmazdır (görünür, hoteldə verilən səhər və nahar yeməkləri nəzərdə tutulur). Lakin nəzərə alsaq ki, bloqer bakılı dostları ilə görüşməyi planlaşdırır, demək, onu əsl Azərbaycan mətbəxi ilə də tanış edəcəklər. 

Bloqer videosunda Bakının görüntülərini, dənizkənarı parkı, hətta metronu da çəkib.

Karolinadan Bakı təəssüratları ilə bağlı yeni videolar gözləyirik.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri