19 
İyl
2017
12:10
156
20
17040
Virtual karabakh

Avropanın ən gözəl 10 şəhəri – FOTO

19 İyl, 2017
12:10
17040

Avropanın ən gözəl 10 şəhəri – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər kəsin səyahət etmək istədiyi bir şəhər var. 

Oxu.Az seyahetchi.com-a istinadən Avropanın gəzməli və görməli 10 şəhərinin siyahısını təqdim edir. 

Paris

Eyfel qülləsindən Parisi seyr etmək, Noterdam kilsəsinin önündə vaxtilə orada çəkilmiş filmləri gözünün önündə canlandırmaq, dilək körpüsü – bunlar hamısı heyrətamizdir. Joe Dassin “Champs Elysees” mahnısının sədaları altında “Hop-On Hop-Off”da Parisi gəzməyin ayrı ləzzəti var.

Venesiya 

Demək olar ki, bütün səyahətçilərin, bloqerlərin sevimli şəhəridir. Gözəllər gözəli Venesiya Avropanın ən görməli şəhərləri sırasındadır. Su kanalları ilə əhatələnmiş şəhər  bir-birindən kanallarla ayrılmış, körpülərlə birləşən 118 adanın üzərində qurulub. Şəhərdə 170 kanal var və bu kanalların üstündə 400 körpü salınıb. Venesiyada özünüzü nağıllar aləmində hiss edəcəksiniz.

Praqa 

Səyahət sevənsənsə, mütləq Çexiyanın paytaxtı Praqanı da görməlisən. Çoxları bu şəhəri canlı muzey adlandırır. Bir qəpik xərcləmədən tamaşaçıya çevirir səni. Bir də ayılırsan ki, saatlar keçib, istədiyin qədər deyib-gülüb əylənmisən. Üstəlik, təsəvvür etməyəcəyin qədər sənət əsərləri ilə tanış olmusan. Ancaq nə biletə pul vermisən, nə də muzeyə. Burada muzeyə pul xərcləmək artıq xərcdir. Küçələri, körpüləri, meydanları, binaları elə canlı muzeydir.

Amsterdam 

Üçbucaq damlı, qırmızı kərpicli evlər, ağ pəncərələr, evlərin arası ilə gedən tramvay yolları, yol kənarlarındakı kanallar, körpüləri gördünsə, Amsterdamdasan. Adına “Azadlığın şəhəri” də deyirlər. Dünyanın ən çox turist cəlb edən şəhərlərindəndir. Başdan-ayağa yaşıllıqdır. Kanallarla əhatələnib. Elə “Kanallar şəhəri” də deyirlər arada. 1500-dən çox körpüsü var. Bəzi səyyahların qeydlərində “İkinci Venesiya” kimi keçir adı…

Edinburq 

Şotlandiyanın paytaxtı Edinburq da əksər səyyahların Top-10 listinə düşüb. Soyuq havası və film festivalları ilə diqqət çəkir. Şəhərə “Şimalın Afinası” da deyirlər.

İstanbul 

Orhan Veli Kanık dediyi kimi, gözlərini qapa və dinlə gözəl İstanbulu… Türk sənət musiqisinin sədaları altında müdhiş bir boğaz turuna çıx. Nağılsayağı ruhundan zövq alınası, duyarlılığına vurulası şəhərdir. İndiyə kimi ona kitablarda, filmlərdə, şeirlərdə, mahnılarda, başqalarının gözlərində aşiq olmuşdum. Görəndə yanılmadığımı gördüm…

Barselona 

İspaniyanın ən gözəl şəhərlərindəndir. Daha çox tarixiliyi ilə turistlərin diqqətini çəkir. Sagrada Familia kilsəsi, La Rambla küçəsi, Güell parkı, Picasso muzeyi və s. görməli yerləridir. Dünyanın ən işlək limanlarından biri Barselonadadır. Limana gedən yollardan birində məşhur səyyah Kristofer Kolumbun heykəli də var.

London 

Dünyanın ən möhtəşəm şəhərlərindən biridir. Şəhərdə təkcə 5 hava limanı var  Parlament binası, Buckingham sarayı, Big Ben və Londonun gözü adlanan fırlanan çarx məşhur turizm məkanlarıdır. Təpədən-dırnağa yaşıllıqlara bürünmüş Londonu Temza çayı iki yerə bölür. Dünyanın ən qədim metrosuna və çoxlu sayda muzeyə ev sahibliyi edir.

Roma 

Roma şəhəri əksər səyyahların gözəl şəhərlər siyahısında ilk üçlükdədir. İstanbul kimi, 7 təpə üstündə qurulub. Papanın yaşadığı Vatikan dövləti Romanın içindədir. Kolizey, Amfiteatr, Vatikan muzeyi və s. görməli yerləridir.

Kopenhagen 

Skandinaviya gözəli, liman şəhəridir. Adalar üzərində qurulmuş rəngli şəhərdir. Rəngli evlər, evlərin qarşısında köhnə taxta qayıqlar şəhərə xüsusi gözəllik verir…

S.S.
www.oxu.az

 

 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri