19 
İyl
2017
11:30
148
29
4222
Virtual karabakh

Ərəb turistlər Türkiyədə kosmetikaya sərvət xərcləyirlər

19 İyl, 2017
11:30
4222

Ərəb turistlər Türkiyədə kosmetikaya sərvət xərcləyirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlarda Orta Şərq ölkələrindən  Türkiyəyə səfərlərin artması kosmetika şirkətlərinin işinə yarayıb.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şərq qadınları hər səfərlərində kosmetik vasitələrə 10-20 min türk lirəsi xərcləyirlər. 

Nəticədə gəlirləri 2 dəfə artan şirkətlər mağazalarının sayını artırmağa başlayıblar. Bu il 20 türk markasının ölkədə 597 mağaza açacağı gözlənilir.

Qeyd edək ki, dünya üzrə hər il orta hesabla 10 faiz artan kosmetika sektoru 460 milyard dollar bazar payına sahibdir. 2020-ci ildə bu rəqəmin 675 milyard dollar olacağı gözlənilir.  Türkiyədə isə kosmetika bazarının həcmi 8 milyard TL təşkil edir.

L.Ə.

www.oxu.az  

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri