25 
İyl
2017
17:53
56
50
6611
Virtual karabakh

2017-ci ildə səyahət üçün ən təhlükəli ölkələr

25 İyl, 2017
17:53
6611

2017-ci ildə səyahət üçün ən təhlükəli ölkələr

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“International SOS” və “Control Risks” şirkətlərinin analitikləri hər il turistlərin təhlükəsizliyi baxımından dünya ölkələrinin xəritəsini hazırlayırlar.

Oxu.Az seyahetchi.com-a istinadən xəbər verir ki, sorğuya əsasən, turistlər ən qorxulu problemi terror hücumlarında görürlər – 71 faiz. Zika virusuna yoluxma riski səyahətçilərin 49 faizini, vətəndaş müharibəsi – 46 faizini, yol qəzaları və tibbi yardımın aşağı səviyyəsi isə turistlərin 15 faizini narahat edir.

2017-ci ilə hazırlanan xəritədə ən təhlükəli ölkələrin siyahısına (qırmızı rəngdə) Əfqanıstan, Burkina-Faso, Haiti, Qayana, Qvineya Respublikası, İraq, Yəmən, Liviya, Nigeriya, Şimali Koreya, Suriya, Somali, Syerra-Leone, Mərkəzi Afrika Respublikası və Cənubi Sudan daxil edilib.

Ukrayna da daxil olmaqla Şərqi Avropada vəziyyət normal qiymətləndirilib (sarı rəng). Yeganə qeyri-sabit “ada” – Kosovadır.

Azərbaycan, Rusiya, Keniya, bir sıra Asiya və Cənubi Amerika ölkələri bənövşəyi rənglə qeyd olunub: xəritə tərtibatçılarının fikrincə, bu ölkələrdə təhlükəsizlik və səhiyyə xidmətinin səviyyəsi regiondan asılı olaraq dəyişir.
Təhlükəsizlik məsələləri ABŞ, Kanada, Avstraliya, CAR, Yaponiya və Qərbi Avropada ən yüksək səviyyədə (yaşıl rəng) təmin olunub.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri