28 
İyl
2017
21:42
56
122
23603
Virtual karabakh

Türkiyəyə gedənlərin nəzərinə – BAQAJLA BAĞLI YENİLİK

28 İyl, 2017
21:42
23603

Türkiyəyə gedənlərin nəzərinə – BAQAJLA BAĞLI YENİLİK

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə aeroportlarında baqajların qəbulunda yeni sistemin tətbiqinə başlanılıb.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, yeni sistem aeroportlarda sərnişinlərin qeydiyyatdan keçmə prosesini sürətləndirəcək.

Qeyd edək ki, ilk dəfə bu trend Atatürk Hava Limanında tətbiq olunub. Bu texnologiya zamanı sərnişinlər çamadanlarını sərbəst şəkildə özləri baqaja təhvil verə biləcəklər.

Pasport qeydiyyatından keçdikdən sonra sərnişinlərə baqajları üçün xüsusi kod təqdim olunacaq. Qeyd edək ki, bu sistem hələ ki beynəlxalq reyslərdə tətbiq olunur. Yaxın günlərdə sistemin daxili uçuşlarda tətbiqinə də başlanacaq.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri