Avq
2017
14:54
76
52
3773
Virtual karabakh

Gürcüstana istirahətə gedənlərin statistikası - İlk üçlükdəyik

3 Avq, 2017
14:54
3773

Gürcüstana istirahətə gedənlərin statistikası - İlk üçlükdəyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-iyul aylarında Gürcüstanda 3.9 milyon turist istirahət edib, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 572.2 min çoxdur.

Oxu.Az-ın newsgeorgia.ge-yə istinadən verdiyi xəbərə görə, Gürcüstana ən çox turist Azərbaycan, Ermənistan, Rusiya və İrandan gəlir.

Xarici turistlər 2017-ci ilin ilk kvartalında Gürcüstan büdcəsinə 434,6 milyon dollar qazandırıb, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 82 milyon dollar çoxdur. 

Avropa İttifaqı ölkələrindən bu ilin ilk yeddi ayı ərzində Gürcüstana daha çox Avstriya, Hollandiya, Almaniya, Fransa və Böyük Britaniya turistləri gəlib. İran, Özbəkistan, Səudiyyə Ərəbistanı, Hindistan, İsrail, Çin vətəndaşları da istirahət üçün Gürcüstan istiqamətini seçir.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri