Avq
2017
20:26
94
44
13655
Virtual karabakh

Dünyanın ən bahalı şəhərləri – SİYAHI + FOTO

4 Avq, 2017
20:26
13655

Dünyanın ən bahalı şəhərləri – SİYAHI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Economist Intelligence Unit” analitik nəşri dünyanın ən bahalı 10 şəhərinin siyahısını hazırlayıb.

Oxu.Az-ın seyahetchi.com saytına istinadən məlumatına görə, siyahıya Sinqapur şəhəri liderlik edir.

Şəhər-dövlət möhkəm valyutası (Sinqapur dolları), avtomobil saxlamağın baha başa gəlməsi və kommunal xidmətlərə yüksək ödənişlər üzündən birinci yerdədir. Halbuki 10 il öncə Sinqapur yaşayış məbləğinə görə 18-ci yerdə idi. Siyahıya isə Tokio (Yaponiya) başçılıq edirdi. 

Ən bahalı şəhərlər arasına Paris (Fransa), Sürix (İsveçrə), Sidney (Avstraliya), Oslo (Norveç), Tokio (Yaponiya), Karakas (Venesuela), Cenevrə (İsveçrə), Melburn (Avstraliya) və Kopenhagen (Danimarka) də düşüb.

Ucuz yaşayış isə Mumbay (Hindistan), Karaçi (Pakistan), Nyu-Dehli (Hindistan), Dəməşq (Suriya), Katmandu (Nepal), Əlcəzair (Əlcəzair), Buxarest (Rumıniya), Panama (Panama), Ciddə, Riyad (hər ikisi Səudiyyə Ərəbistanı) şəhərlərindədir.

Reytinq tərtib olunarkən, analitiklər ildə iki dəfə dünyanın 131 şəhərində yaşayış məbləğini öyrəniblər. Başlanğıc nöqtəsi kimi ABŞ-ın Nyu-York şəhərindəki yaşayış minimumu sayılıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri