Avq
2017
17:55
174
41
3674
Virtual karabakh

Gürcüstanın turizm gəlirləri artıb - Rəqəmlər

8 Avq, 2017
17:55
3674

Gürcüstanın turizm gəlirləri artıb - Rəqəmlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin birinci yarısında Gürcüstan xarici turizmdən 1,09 milyard dollar gəlir əldə edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı açıqlama yayıb.

Qeyd olunub ki, cari ilin ikinci rübündə turizm gəlirləri 659 milyon dollar olub. Bu da ötən ilin eyni dövrünün göstəricisindən 28 faiz çoxdur. 2017-ci ilin birinci rübündə isə turizmdən 434,6 milyon dollar gəlir əldə edilib.

Xatırladaq ki, 2017-ci ilin ilk yeddi ayı ərzində Gürcüstana 3978657 əcnəbi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 16,8 faiz çoxdur.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri