Avq
2017
18:04
443
20
14950
Virtual karabakh

Bu dövlət Azərbaycanla vizanı ləğv etdi

9 Avq, 2017
18:04
14950

Bu dövlət Azərbaycanla vizanı ləğv etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətər 80 ölkənin vətəndaşlarından viza almaqdan azad edib.

Oxu.Az fins.az-a istinadən xəbər verir ki, Qətər Turizm Şurası, Qətər Hava Yolları və Daxili İşlər Nazirliyi rəsmiləri paytaxt Dohada birgə mətbuat konfransı keçirib.

İclasda danışan Turizm Şurasının  sədri Həsən Əl-İbrahimi, Qətər rəhbərliyinin, 80 ölkə üçün vizanı ləğv edərək turizm sahəsində tarixi bir dəyişiklik həyata keçirdiyini söyləyib.

Vizadan azad olacaq ölkələrin müəyyən meyarlara görə seçildiyini dilə gətirən İbrahimi, araşdırmaların davam edəcəyini və siyahıya mərhələli şəkildə yeni ölkələrin əlavə olunacağını bildirib.

Vizanın ləğv edildiyi ölkələrin vətəndaşlarının Qətərə girişləri zamanı hər hansı bir pul ödəməyəcəyini bildirib.

Siyahıda Azərbaycanın da adı var.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri