17 
Avq
2017
16:15
47
120
3001
Virtual karabakh

Gələn həftə mürəbbə festivalı keçiriləcək

17 Avq, 2017
16:15
3001

Gələn həftə mürəbbə festivalı keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 26-27-də Qəbələdə 5-ci Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək. 

Oxu.Az fins.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasından məlumat verilib. Bildirilib ki, tədbirdə Kulinariya sahəsində yetərincə ad qazanmış Tomas Quqler iştirak edəcək.

Tomas Quqler Almaniyada dünyaya gəlib. 18 yaşında Ümumdünya Kulinariya Olimpiadasının qalibi olub. 200-ə yaxın müxtəlif kulinariya mükafatlarının sahibidir. Türkiyə, Tayland, Kanar adaları, Malta, Tunis, Seneqal və digər ölkələrin beş ulduzlu hotellərində və üç Mişlen ulduzlu restoranlarda baş aşpaz işləyib.

Son 10 ili Səudiyyə Ərəbistanında yaşayan Tomas Quqler 2016-cı ildə Ümumdünya Kulinariya Təşkilatının prezdenti seçilib. Bu vəzifəyə qədər T. Gugler həmin təşkilatın Afrika və Yaxın Şərq üzrə kontinental direktoru olub.

Müsahibələrinin birində 3 yaşından aşpaz olmağa qərar verdiyini və 15 yaşında peşə məktəbinə daxil olaraq Almaniyada restoranlardan birində çalışdığını söyləyib. Ulduz aşpaz kimi tanınan Tomas Quqler bir çox dünya məşhurları və kralları üçün xörəklər hazırlayıb.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri