18 
Avq
2017
16:16
46
120
3739
Virtual karabakh

İrana gedən Azərbaycanlı turistlərin sayı açıqlandı

18 Avq, 2017
16:16
3739

İrana gedən Azərbaycanlı turistlərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrana səfər edən xarici turistlərin ümumi sayı hicri şəmsi təqvimi ilə bu ilin I rübündə (21 mart-31 iyun) 360,2 min nəfər təşkil edib. 

Oxu.Az xəbər verir ki, bu barədə Report İran mətbuatına istinadən məlumat yayıb.

Bildirilir ki, qeyd edilən dövrdə İrana turist axını, əsasən, İraq (246,7 min nəfər), Azərbaycan (227,5 min), Əfqanıstan (156,2 min) və Türkiyədən (133,4 min) müşahidə edilib.

Eyni dövrdə 1,98 mln. iranlı isə xarici ölkələrə səfər edib.

Qeyd edək ki, İran cari ildə (2018-ci il martın 21-dək) 6,5 mln. turistin ölkəyə səfər edəcəyini proqnozlaşdırır. Bununla yanaşı, İran daxili turizmin də inkişafına böyük diqqət yetirir və ilin sonunadək bu istiqamət üzrə analoji rəqəmi 120 mln.-a çatdırmağı hədəfləyir. Ölkə 2025-ci ilə kimi ildə 20 mln. turist cəlb etməyi qarşısına məqsəd qoyub.

Ötən il İrana 5,5 mln. səyahətçi səfər edib və bu, ölkə iqtisadiyyatına 8 mlrd. dollar qazandırıb.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri