27 
Sen
2017
11:59
3
81
1927
Virtual karabakh

Xaricilər il ərzində Azərbaycanda nə qədər pul xərcləyir?

27 Sen, 2017
11:59
1927

Xaricilər il ərzində Azərbaycanda nə qədər pul xərcləyir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Bu ilin 8 ayında Azərbaycana 1 milyon 818 min nəfər turist gəlib. Azərbaycan vətəndaşlarının xarici ölkələrdə il ərzində xərclədiyi pul təxminən 600 milyon dollar, əcnəbilərin isə xərcləri  700 milyon dollar təşkil edib".

Oxu.Az xəbər verir ki,  bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm gününə həsr olunan tədbirdə deyib. 

Nazir qeyd edib ki, turizm sənayesində 46 min nəfərdən çox insan çalışır: "Bu gün turizm müəssisələrində bayram kimi qeyd olunmalıdır. Son vaxtlar Azərbaycana gələn turistlərin sayına sevinməmək olmaz. Azərbaycan stabil, təhlükəsiz və qonaqpərvər ölkədir. Azərbaycandan gedənlərin sayı təxminən dörd milyon nəfərdir. Bura bütün səfərlər daxildir". 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri