27 
Sen
2017
14:22
6
48
1581
Virtual karabakh

Bakı şopinq festivalında iştirakçıların sayı açıqlandı - Rəsmi

"Növbəti Bakı şopinq festivalında iştirakçıların sayı 500-dən çox olacaq. Bu rəqəm ötən festivalda 300-dən az idi". 

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, bu il iştirakçılara əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması prosesi daha da sadələşdiriləcək.

Nazir ərəb ölkələri ilə yanaşı, digər ölkələrin vətəndaşları üçün də sadələşdirilmiş viza rejiminin mümkün tətbiqinə də müasibət bildirib: "Hazırda "ASAN Viza" sistemi mövcuddur. Düşünürəm ki, bu, xarici turistlər üçün yaradılan ən unikal şəraitdir. Ola bilər ki, hansısa ölkələrin vətəndaşları üçün xüsusi qaydalar tətbiq edilsin, bu isə artıq xarici siyasətin tərkib hissəsidir".

Ə.Qarayevin sözlərinə görə, hazırda çinli turistlərin Azərbaycana cəlb edilməsi üçün iş aparılır: "Bu yaxınlarda Çinə səfərimiz olub, onlarla anlaşma imzaladıq. Xarici İşlər Nazirliyi vasitəsilə iş aparılır. Həmçinin AZAL aviaşirkəti Çinə uçuşları genişləndirir. Çinli turistlər xüsusi turistlərdir. Onları cəlb etmək hər turizm firmasının işi deyil. Biz bu işi yalnız bacaranlara tapşıracağıq".

Nazir turizm sahəsində dempinq sisteminin tətbiqi barədə də danışıb və deyib ki, qiymətlərin süni şəkildə artırılıb-azaldılmasının əleyhinədir: "Düşünürəm ki, hər qiymətə uyğun təklif olmalıdır. Dempinq sistemi özü-özlüyündə şirkətlərin müflis olmasına şərait yaradır. Ola bilsin ki, hansısa şirkət bir qiymətə 2 ulduzlu hotel təklif edər, digəri isə başqa şey təklif edər".

L.Ə.

www.oxu.az 

Digər Turizm xəbərləri