30 
Sen
2017
11:42
216
33
5728
Virtual karabakh

Xəzərdə kruiz təşkil ediləcək

30 Sen, 2017
11:42
5728

Xəzərdə kruiz təşkil ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyası və Azərbaycan Respublikası Xəzər dənizində turist kruizləri təşkil etmək niyyətindədir. 

Oxu.Az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə Stavropolda Səkkizinci Rusiya – Azərbaycan "İnvestisiyalar, innovasiyalar, turizm” regionlararası forumda RF İqtisadi inkişaf naziri Maksim Oreşkin məlumat verib. 

Onun sözlərinə görə, kruizlərin təşkili üzrə dövlət və özəl sektorun əməkdaşlığı mexanizmlərindən istifadə etməklə, razılaşma əldə edilib. Bu, MDB-nin ümumi turist məkanının yaradılması çərçivəsində həyata keçirilən çoxsaylı layihələrdən biridir.

Oreşkin yığıncaq iştirakçılarına "Biz Azərbaycanın Rusiyanın neçə bölgəsi ilə əlaqə saxladığını hesablamışıq. Məlum oldu ki, 78-i ilə, yəni ölkənin bütün ərazisi ilə. Bizim ölkələrdə iqtisadi dinamika istiqamətini dəyişir. Bu, hər iki ölkənin iqtisadiyyatının  neftin qiymətinin düşməsinə uyğunlaşması ilə əlaqədardır. Və burada birgə hərəkət etmək vacibdir”, - deyib.

Nazir əlavə edib ki, hal-hazırda 650 birgə kompaniya işləyir, o cümlədən neft və qaz çıxarılması sahəsində. Rusiya eksport mərkəzi şirkətlər qrupunun başçısı Pyotr Fradkovun sözlərinə görə, Rusiyanın mal ixrac etdiyi ölkələr arasında Azərbaycan doqquzuncu yeri tutur. 

Fradkov deyib ki, Rusiyadan Azərbaycana ixracın məbləği 1 milyard dollara yaxın olub. Bu, yüksək səviyyədir və onun gələcək inkişafını dəstəkləmək və stimullaşdırmaq lazımdır.

Rusiya Federasiyasının Azərbaycana investisiyası 3 milyard dolları keçib, əks tərəfin investisiyası isə hələlik üç dəfə azdır. Rusiya və Azərbaycan arasında mal dövriyyəsi bu ilin yeddi ayı ərzində 1,1 milyard dollar təşkil edib. Qeyd etmək lazımdır ki, əməkdaşlıq yalnız federal səviyyədə deyil, həm də regional səviyyədə fəal inkişaf edir. Təxminən Rusiya regionlarının yarısında azərbaycanlı tərəfdaşları ilə ticarət-iqtisadi, elmi-texniki, və mədəni əməkdaşlıq haqqında  ikitərəfli razılaşmalar var.

Əsas maliyyə axını daha çox kənd təsərrüfatı sahəsinə aiddir. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin elm və təhsil şöbəsinin rəisi Namiq Məmmədovun məlumatına görə, 2016-cı ildə Rusiya məhsullarının respublikaya ixracı 625 milyon təşkil edib. Öz növbəsində Azərbaycan biznesi Rusiyaya 240 milyon dollar dəyərində mal ixrac edib.

Məmmədov ”bizim dəyərləndirməmizə görə bu cür mal dövriyyəsi son hədd deyil. Məqsəd təkcə aqrosənaye kompleksində ümumi məbləği bir milyard dollardan çox etməkdir və dünyada geopolitik qeyri-sabitliyə rəğmən,  bu, mümkündür. Bundan əlavə, baş verən hadisələrin fonunda iki ölkə arasında əlaqələr yaxşılaşır”, - deyib. 

O əlavə edib ki, son illərdə  neft qiymətlərinin düşməsi Azərbaycanda qeyri-neft sektorunun, ilk növbədə aqrosənayenin inkişafına təkan verib.

Forumun işinin nəticəsi kimi Rusiya ərazisində investisiya layihələrinin yaradılması sahəsində bir neçə razılaşma imzalanıb. Bir çox iştirakçılar gələcək əməkdaşlıq üçün əlaqə mübadiləsi edib, hər iki tərəfdən olan biznes nümayəndələri isə yeni bazar təchizatı və tərəfdaşlıq əlaqələri qurublar.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri