Okt
2017
12:38
110
43
3960
Virtual karabakh

Azərbaycandan Gürcüstana gedənlərin sayı rekord qırdı

3 Okt, 2017
12:38
3960

Azərbaycandan Gürcüstana gedənlərin sayı rekord qırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstana səfər edən əcnəbilərin sayına görə Azərbaycan vətəndaşları birinci yeri qorumaqdadır.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində qonşu ölkəyə Azərbaycandan səfər edənlərin sayı 1 mln. 299,789 min nəfər təşkil edib. Bu isə ötən ilin analoji göstəricisindən 11% çoxdur.

Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze bugünkü mətbuat konfransında bildirib ki, cari ilin ilk 9 ayı ərzində Gürcüstana səfər edən əcnəbilərin ümumi sayı 5 mln. 822,835 min nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 19,2% çoxdur.

Qonşu ölkəyə ən çox səfər edən xarici ziyarətçilər arasında ilk üçlükdə Azərbaycanla yanaşı, Ermənistan (1 mln. 247,708 min nəfər) və Rusiya vətəndaşları (1 mln. 112,793 min nəfər) yer alıb.

2017-ci ilin yanvar-avqust aylarında Gürcüstanın xarici turizmdən əldə etdiyi gəlir 29,1% artaraq, 1 mlrd. 859,6 mln. dollar təşkil edib.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri