Okt
2017
17:50
116
44
5213
Virtual karabakh

Qəbələyə gələn turistlərin sayı açıqlandı

3 Okt, 2017
17:50
5213

Qəbələyə gələn turistlərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Payız fəslinin başlanması və havaların soyuması ilə bəzi bölgələrdə yay turizm mövsümü başa çatıb. Hazırda Qəbələ rayonunda soyuq və yağışlı günlər olmasına baxmayaraq, yerli və xarici turistlərin bu bölgəyə axını davam edir.

Oxu.Az xəbər verir ki, bu barədə Qəbələ Turizm İnformasiya Mərkəzinin rəhbəri Anar Məhərrəmov fins.az-a açıqlama verib. O bildirib ki, Qəbələdə son illər qurulan müasir turizm infrastrukturu ilin bütün fəsillərində turistlərə yüksək səviyyədə xidmət göstərmək üçün əlverişlidir.

Onun sözlərinə görə, isti yay günlərinin başa çatmasına baxmayaraq, istirahət etmək üçün Qəbələyə üz tutan yerli və xarici turistlərin sayında azalma müşahidə edilmir. Belə ki, Qəbələyə iyunda 19 min 245, iyulda 45 min 463, avqustda 39 min 191, sentyabrda 37 min 637 turist gəlib. İlin əvvəlindən bəri isə Qəbələ 218 min 118 turist qəbul edib. Bunun 89 min 217 nəfəri yerli, 128 min 901 nəfəri əcnəbi turistlərdir. Ümumilikdə, ilin sonunadək Qəbələyə 260 mindən çox turistin gələcəyi gözlənilir. Turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, İraq, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qətər, İsrail, Pakistan və Misirdəndir.

Qeyd edək ki, rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu hotellər, müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 3500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.

Rayonda turizmin inkişaf dinamikasına nəzər salsaq, görərik ki, Qəbələyə turist axını hər il yüksələn templə davam edir. Məsələn, 2008-ci ildə Qəbələyə 14 min 630 turist gəldiyi halda, 2013-cü ildə bu rəqəm 45 mini keçib. 2016-cı ildə isə rayona gələn turistlərin sayı 99 min 700 nəfər olub, bunun da 32 min 600-ü xarici turistlərdir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri