Okt
2017
23:52
117
28
3296
Virtual karabakh

Kenni Beley Qobustanı kəşf edir – VİDEO

Milli Turizm Təbliğat bürosunun dəstəyi ilə Azərbaycanın turizm imkanlarını əks etdirən yeni bir video çarx hazırlanıb. 

Oxu.Az verir ki, bürodan Turizm.fins.az-a verilən məlumata görə, Red Bull atleti Kenni Beleyin iştirakı çəkilən video çarxda Qobustan dövlət tarixi-bədii qoruğu və qalçıq vulkanları əks etdirilib. 

Kenni Beley trial üslublu velosipedçidir və səyahətdə olan zaman belə velosiped sürmək üçün yeni yerlərin axtarışındadır. 

Bu dəfə onun hədəfi tarix etibarı ilə zəngin, quruluş etibarı ilə və üzərindəki qaya təsvirləri ilə unikal olan Qobustan dövlət tarixi-bədii qoruğu oldu. 

Layihə “Land of Bull” (“Öküzlər diyarı”) adlanır və 10 oktyabr 2017-ci il tarixində dünya üzrə premyerası baş tutacaq. 

Kenni Beley video çarxda Azərbaycanı tək klassik turizm üçün yox, həm də idman turizmi üçün cazibədar bir ölkə adlandırır və ölkənin bu istiqamətdə imkanlarının geniş olduğunu bildirir.

S.B.
www.oxu.az

Digər Turizm xəbərləri