18 
Okt
2017
14:26
59
56
8915
Virtual karabakh

Bu ölkələrdə 1 avroya ev almaq mümkündür-VİDEO

18 Okt, 2017
14:26
8915

Bu ölkələrdə 1 avroya ev almaq mümkündür-VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa və İtaliyada ev almaq arzusu ilə yaşayanların  xəyalları gerçəkləşir. Belə ki, Avropanın bir sıra şəhər və rayonlarında artıq 1 avroya ev almaq mümkündür. Bunun əsas səbəbi həmin ərazilərdə əhalinin sayının az olmasıdır. 

Fransa 

Fransanın Bolqarıstanla sərhəddində yerləşən Rube şəhərində 1 avroya ev almaq olar. Bu zaman irəli sürülən əsas şərtlərdən biri evin 5 il müddətində satılmamasıdır. 

Şan-du-Boule kommunasında isə torpaq sahibləri yeni sakinləri cəlb etmək üçün mənzillərin 1 kvadratmetrini 1 avroya təklif edirlər.

İtaliya 

Leççe-nei-Marsi şəhərciyində 1 avroya ev sahibi olmaq mümkündür. Əsas odur ki, bütün xərcləri - notarial qeydiyyat işlərinə qədər tələb olunan məbləği tam şəkildə ödəyəsiniz. 

Böyük Britaniya

Liverpulun qədim rayonlarından olan Yenfilddə köhnə binalardan mənzil almaq da sərfəlidir. Çünki alqı-satqıdan sonra hökumət evləri restavrasiya edir. Qeyd edək ki, bu təklifdən ancaq rayonda yaşayan və işləyənlər istifadə edə bilər. 

Avstriya 

2009-cu ildə hökumət Rappottenstein kəndi ilə bağlı qərar qəbul etdi. Qərara əsasən, 10 ildə ailə qurmağı planlayan və 3 il ərzində ev tikməyə hazır olanlara pulsuz torpaq sahələri verilirdi. Şərtlərdən biri də sözünü tutmayanların 12 min avro məbləğində cərimələnməsidir. 

Yaponiya 

Xokkaydo adasının sakinlərinin əksəriyyəti digər rayonlara köçdüyündən hökumət torpaqların pulsuz paylanması ilə bağlı qərar qəbul edib. Torpaq alanlar 3 il müddətində ərazidə ev tikməli idilər.

 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri