19 
Okt
2017
10:58
54
13
3596
Virtual karabakh

Azərbaycan vətəndaşları Omana elektron viza ilə gedə biləcəklər

19 Okt, 2017
10:58
3596

Azərbaycan vətəndaşları Omana elektron viza ilə gedə biləcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan vətəndaşları elektron turist vizası vasitəsilə Omana səfər edə biləcəklər.

Bu barədə Oxu.Az Oman Kral polisinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, daha 25 dövlətin: İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, bir sıra Cənubi Asiya, Latın və Mərkəzi Amerika ölkələrinin vətəndaşları da bu xidmətdən istifadə edə biləcəklər.

Qaydalara əsasən, ərizə ilə müraciət edənin pasportunun fəaliyyət müddətinin bitməsinə ən azı 6 ay vaxt qalmalıdır. Eləcə də, şəxs ərizə verən zaman rezident, yaxud  ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya və ya Şengen zonası ölkələrinə vizaya, hər iki tərəfə uçuş bileti və ölkədə hotel bronunu təsdiqləyən sənədə malik olmalıdır.

Omana bir ay müddətinə verilən vizanın rüsumu 20 Oman rialıdır (88 manat). 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri