23 
Okt
2017
17:47
315
16
14356
Virtual karabakh

İtaliyanın bu qəsəbəsinə köçmək istəyənlərə ev və pul verilir

23 Okt, 2017
17:47
14356

İtaliyanın bu qəsəbəsinə köçmək istəyənlərə ev və pul verilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Kandilas qəsəbəsinə köçmək istəyənlərə ev və pul veriləcək.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, qəsəbə sakinləri arasında yaşlıların çox olması 5-10 evdə yaşayışın olması İtaliya hökumətini bu addımı atmağa vadar edib.

Ölkənin Pulqin bölgəsində yerləşən qəsəbənin 1990-cı ildə 9 minə yaxın əhalisi olub. Sonuncu statistika zamanı məlum olub ki, Kandilasda 2 minə yaxın əhali yaşayır. Onların da çoxu yaşlılardır.

Qəsəbə bələdiyyəsinin sədri Nikola Qantta mətbuata verdiyi açıqlamada vurğulayıb ki, bu qəsəbəyə yerləşmək istəyən hər kəsə yüksək imkan yaradılacaq: “Qəsəbədə evlərin çoxu boşdur. Burada yaşamaq istəyənlər üçün bu, böyük üstünlükdür. Eyni zamanda, biz subay adama ayda 800 Avro, evli cütlüklərə 1200 Avro, 3 nəfərlik ailələrə 1500-1800, 4-5 nəfərlik ailələrə isə, 2 min Avro yardım verəcəyik”.

Bələdiyyə sədrinin sözlərinə görə, edilən təklifdən sonra qəsəbəyə 5 qaçqın və miqrant ailəsi yerləşdirilib. Onların hər birinə 3-4 otaqlı evlər verilib. Gələn ayın əvvəlindən isə, onlar dövlətin sosial yardımından başqa bu qəsəbəyə yerləşdirildikləri üçün yuxarıda qeyd olunan məbləğlərdə pul alacaqlar: “Amma biz qaçqın və miqrantlarla bağlı bir limit müəyyən edəcəyik. İstəyirik ki, bura köçənlərin arasında italyanlar çox olsun”.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri