Okt
2018
15:52
108
158
3748
Virtual karabakh

Azərbaycanlılar Gürcüstanı seçir

3 Okt, 2018
15:52
3748

Azərbaycanlılar Gürcüstanı seçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 11 faiz artıb. 

Oxu.Az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında istirahət üçün qonşu ölkəyə üz tutanların rəsmi sayı 1 094 847 nəfər olub.  

Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze açıqlamasında bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəsinə səfər etmiş azərbaycanlı ziyarətçilərin sayında 107 209 nəfər, yaxud 10,9 faiz artım qeydə alınıb.

Əvvəllər Azərbaycan qonşu ölkəyə səfər edənlərin sayına görə lider olsa da, bu dəfə ruslar birinci olublar. 2018-ci ilin ilk doqquz ayında Gürcüstan Rusiyadan 1 109 706 nəfər,  Ermənistandan 956 076 nəfər turist qəbul edib.  

Yanvar-sentyabr aylarında Gürcüstana ümumilikdə 6 788 377 əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən illə müqayisədə 11,2 faiz çoxdur. Əcnəbi ziyarətçilərin 3 772 102 nəfərini turistlər təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 568 398 və ya 17,7 faiz çoxdur.

Ümumilikdə, Gürcüstanın turizm sektorundan gəlirləri artıb. Bu ilin birinci rübündə Gürcüstanın xarici turizm gəlirləri 551 milyon dollar olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz çoxdur. Gürcüstanın ümumdaxili məhsulunda turizmin payı 6,8 faiz (artım 16,6%) təşkil edir.

Gürcüstanın turizm administrasiyasının proqnozuna görə, ilin sonuna qədər Gürcüstana səfər edənlərin sayı 8,5 milyonu ötəcək. Ölkənin xarici turizmdən gəlirləri isə üç milyard dolları keçəcək. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri