Okt
2018
10:48
290
36
4636
Virtual karabakh

Bakıdan Rusiyaya dəniz turları başlayır - VİDEO

Rusiya ilə Azərbaycan turizm və nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində Xəzərdə dəniz turizminin inkişafı üzrə birgə layihə hazırlayırlar. Layihə çərçivəsində Xəzəryanı ölkələrə kruiz səfərlər təşkil olunacaq. Bu isə həm Rusiyadan, həm də Xəzəryanı dövlətlərdən xeyli turist axını deməkdir.

Oxu.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, Avropa ölkələrində geniş yayılan kruiz səfərlərinin Xəzər dənizində təşkili “Pyotr Velikiy” gəmisi ilə həyata keçiriləcək.

Bundan əlavə, Rusiyanın Həştərxan vilayəti ilə Bakı arasında birbaşa gəmi reysinin açılması da nəzərdə tutulur. Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadənin sözlərinə görə, bu istiqamətdə hər iki tərəf arasında danışıqlar aparılır.

Kənan Quluzadə onu da bildirib ki, ölkəmizə gələn turistlərin 30 faizdən çoxu Rusiya vətəndaşlarıdır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri