25 
Okt
2018
11:59
184
39
8245
Virtual karabakh

Yayda hotellərin 70 faizi boş olub? - RƏSMİ RƏQƏMLƏR

25 Okt, 2018
11:59
8245

Yayda hotellərin 70 faizi boş olub? - RƏSMİ RƏQƏMLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin doqquz ayında Azərbaycandakı hotellər 286,1 mln. manat gəlir açıqlayıblar. 

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlərə görə, gəlirin 68,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,4 faizi içkilər də daxil olmaqla, qida məhsullarının satışı üzrə xidmətlərdən, 3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,5 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Maraqlıdır ki, mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 21,9 faiz olub. Bu göstərici Naftalanda 62,0 faiz, Ağstafada 36,7 faiz, Qəbələdə 35,3 faiz, Bakıda 30,5 faiz, Zərdabda 24,7 faiz, Qubada 24,3 faiz, Şəmkirdə 23,1 faiz, Şirvanda 22,4 faiz olub. 

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi avqust ayında ən yüksək – 35,1 faiz olub. Bu göstərici iyul ayında 32,3 faiz, sentyabr ayında isə 23,2 faiz təşkil edib. Maraqlıdır ki, yay aylarında mehmanxanalarda boş yer tapmaq mümkün olmadığı halda, nömrələrdən istifadə göstəricisi bu qədər aşağıdır. Bu isə hotelçilikdə dövriyyənin rəsmiləşdirilməsi ilə bağlı problemlərin olduğunu göstərir. 

Rəsmi məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda cəmi 2 446,8 min gecələmə olub. Düzdür, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,4 faiz çoxdur, amma real rəqəm olduğuna da şübhəsiz yanaşmaq olmur. 

Dövlət Statistika Komitəsinə ötürülən məlumatların rəqəmlə ifadəsinə görə, gecələmələrin 57,8 faizi Bakıda, 10,6 faizi Qəbələdə, 6,6 faizi Xaçmazda, hər birində 3,9 faiz olmaqla, Naftalan və Qubada, 3,8 faizi Qusarda, 2,7 faizi Naxçıvan MR-da, 1,1 faizi Qaxda, hər birində 0,8 faiz olmaqla, Gəncə və Lənkəranda, 8 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,3 faiz artaraq, 1651,7 min olub ki, bu da ümumi gecələmələrin 67,5 faizini təşkil edir. Gecələmələrin 13,3 faizi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 11,4 faizi Rusiya, 9,9 faizi Səudiyyə Ərəbistanı, 5,2 faizi İran, 4 faizi Türkiyə, 3,8 faizi İsrail, 3,6 faizi Hindistan, 3,3 faizi Küveyt, hər biri üzrə 2,7 faiz olmaqla, Böyük Britaniya və İraq, 2,6 faizi ABŞ, 2,5 faizi Qətər, 2,2 faizi Pakistan, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Oman, 1,2 faizi Almaniya, 1,1 faizi Bəhreyn, 1 faizi Ukrayna, 26,6 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələr ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 795,1 min gecələmə olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri