16 
Noy
2018
11:49
35
77
4973
Virtual karabakh

“Silk Way Travel” turizm şirkətinin yeni saytı təqdim olunub

16 Noy, 2018
11:49
4973

“Silk Way Travel” turizm şirkətinin yeni saytı təqdim olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Silk Way Travel” turizm şirkətinin saytı yenilənib.

“Silk Way Travel” şirkətinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, saytda dizaynın yenilənməsi ilə yanaşı, həm də istənilən turu onlayn sifariş etmək və evdən çıxmadan istənilən bankın Visa/MasterCard kartları vasitəsilə ödəniş etmək imkanı yaradılıb.

www.swtravel.az saytı mobil qurğulara uyğunlaşdırılıb və üç dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Turların rahat axtarışı sistemi istirahəti daha tez və düzgün şəkildə seçməyə imkan verir.

Bundan başqa, turistlərin rahatlığı üçün interaktiv xidmətlər - aviabiletlərin axtarışı, fərdi və qrup şəklində turlar üzrə sorğular əlavə olunub. Hazırda saytda həm ölkə daxilində, həm də xaricdə tələbatın çox olduğu istirahət istiqamətləri üzrə turlar təqdim olunub.

Yenilənmiş www.swtravel.az veb saytının açılması münasibətilə turist onlayn tur sifariş edərkən, habelə şirkətin rəsmi “Facebook” səhifəsindən tur əldə edərkən ona ilk 30 gün ərzində əlverişli təklif - fərdi turlar üzrə 3 faizədək endirim təqdim edilir.

Daha ətraflı məlumat üçün “Silk Way Travel” ilə aşağıdakı telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80; *8880
(+99412) 310 36 63;

Elektron ünvan: [email protected];

Qaynar turlar və sərfəli təkliflər haqqında daha ətraflı məlumatla “Silk Way Travel”in sosial şəbəkələrdəki səhifələrində tanış olmaq mümkündür:

facebook.com/silkwaytravel.az
instagram.com/sw_travel

Turizm göndərişlərini şirkətin Bakı şəhəri, Nizami küçəsi, 126A ünvanında yerləşən ofisindən əldə etmək mümkündür.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri