19 
Noy
2018
12:35
134
27
4166
Virtual karabakh

AZAL Küveytə müntəzəm uçuşlara başlayacaq

19 Noy, 2018
12:35
4166

AZAL Küveytə müntəzəm uçuşlara başlayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin 22 dekabr tarixindən etibarən “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirəcək.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, AZAL J2-119/J2-120  reysləri həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri, ekonom sinif və komfort-klub konfiqurasiyalı “Airbus A319” tipli təyyarə ilə həyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

Qeyd edək ki, əvvəllər Küveyt istiqaməti üzrə uçuşlar aviaşirkət tərəfindən çarter  proqramı əsasında həyata keçirilirdi.

Küveyt Yaxın Şərqin müasir şəhərlərinin həyatı ilə tanış olmaq istəyən səyahətçilərin ürəyincə olacaq. Burada ən gözəl “Grand Mosque” məscidini, unikal ekspozisiyalı muzeyləri, möhtəşəm sarayları ziyarət etmək olar, daha sonra isə “Kuwait Towers” göydələninin yuxarı  mərtəbələrindəki restoranında şam yeməyinə qatıla bilərsiniz. Bundan əlavə Küveytdə ziyarətçilər üçün açıq olan “Kuwait Stock Exchange” fond birjasını da ziyarət edə bilərsiniz.  

Biletləri AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində və www.azal.az saytında təxsis etmək və əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə, aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz.

AZAL Miles bonus proqramı barədə ətraflı məlumat Aviaşirkətin www.miles.azal.az saytında təqdim edilib. Proqram iştirakçısı olmayan şəxslərə

http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=ru keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

Elektron poçt: [email protected]

WhatsApp: (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər üçün, bu nömrəyə zənglər qəbul edilmir)

AZAL Miles bonus proqramına dair sualları [email protected] ünvanına, yaxud www.azal.az saytında doldurulan əlaqə forması vasitəsilə göndərə bilərsiniz. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri