Dek
2018
15:58
182
36
4186
Virtual karabakh

Azərbaycanlılar Gürcüstanda ən qənaətcil turistlərdir

7 Dek, 2018
15:58
4186

Azərbaycanlılar Gürcüstanda ən qənaətcil turistlərdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin üçüncü rübündə Gürcüstana səyahət etmiş turistlər arasında Azərbaycandan olan turistlər ən qənaətcil turistlərdəndir.

Oxu.Az “Forbes Georgia”ya istinadən məlumat verir ki, bu haqda məlumat “Sakstat” Milli Statistika Xidməti (Qruzstat) tərəfindən bildirilib.

Məlumata əsasən, 2018-ci ilin iyul-sentyabr aylarında Azərbaycanlı turistlər orta hesabla 430 lari (161 dollardan artıq) xərcləyiblər. Bu göstəriciyə əsasən, ən çox pul xərcləyən turistlər BƏƏ-dən olan turistlərdir ki, onlar orta hesabla 944 dollardan artıq pul xərcləyiblər.

Növbəti yerləri İsrail turistləri (978 dollardan artıq), almaniyalılar (895 dollardan artıq), iranlılar (792 dollardan artıq), qazaxıstanlılar (735 dollardan artıq), ruslar (566 dollardan artıq) tutublar. Türkiyəli turistlər orta hesabla xərclədikləri 244 dollardan artıq məbləğlə 8-ci pillədə qərarlaşıblar, erməni turistlər isə 211 dollardan artıq məbləğlə qənaət edən turistlərdən olublar.

“Forbes”in məlumatına əsasən, turistlər tərəfindən ümumi xərclənən 1,1 milyard dolların 30,1%-i yemək və içkilərə, 25,8%-i yerləşmə ilə bağlı xərclərə, 18,8%-i istirahət və mədəni fəaliyyətlərə sərf olunub. Ən az isə şoppinqə xərclənən pullar olub ki, onlar da ümumi məbləğin 11,2%-ni təşkil edib.   

Turistlərin sayına gəldikdə isə, 3-cü rübdə Azərbaycandan Gürcüstana 494 mindən çox turist səyahət edib. Eyni zamanda, Rusiyadan 582 mindən çox turist, Ermənistandan 440 min, Türkiyədən 376 min insan bu ölkəyə səfər edib. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri