27 
Noy
2019
12:36
184
63
2949
Virtual karabakh

Naxçıvana gələn İran vətəndaşları üçün viza rejimi ləğv edildi

27 Noy, 2019
12:36
2949

Naxçıvana gələn İran vətəndaşları üçün viza rejimi ləğv edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrandan Naxçıvan Muxtar Respublikasına səfər edən ölkə vətəndaşları üçün viza rejimi ləğv edilir. 

Bu barədə Oxu.Az İran KİV-ə istinadən xəbər verir. 

Məlumata görə, bu ilin dekabrın 1-dən etibarən İran vətəndaşları Naxçıvan ərazisinə vizasız daxil ola və 15 gün qala biləcəklər.

Qeyd edək ki, bu ilin oktyabr ayında Culfa, Şahtaxtı, Sədərək sərhəd keçid məntəqələrində, Naxçıvan dəmiryolu stansiyası və Naxçıvan Beynəlxalq hava limanında İran vətəndaşları üçün 15 gün müddətli birdəfəlik viza rüsumunun məbləği 5 avroya (9.34 manat) endirilmişdi.

Bundan əvvəl isə İran vətəndaşları 15 gün müddətli 10 avro rüsumlu birdəfəlik giriş icazəsi alaraq muxtar respublika ərazisinə daxil ola bilirdilər.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri