4 
Okt
2021
15:00
146
10
1541
yuxarı
Azərbaycanda turizm bələdçiləri bəzi yerlərə pulsuz daxil olacaq
4 Okt, 2021
15:00
1541
146
10
Azərbaycanda turizm bələdçiləri bəzi yerlərə pulsuz daxil olacaq
Azərbaycanda turizm bələdçiliyi sertifikatına malik olan şəxslər dövlət mülkiyyətində olan muzey, qalereya və qoruqlara ödənişsiz giriş imkanı əldə edəcək.
Bu, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.
Qanun layihəsində qeyd edilib ki, turizm bələdçiliyi sertifikatına malik olan şəxslərin dövlət mülkiyyətində olan muzey, qalereya və qoruqlara ödənişsiz giriş imkanının təmin olunması bələdçilərin sertifikatlaşdırma prosesinə cəlb edilməsini stimullaşdıracaq, bu isə öz növbəsində turistlərə keyfiyyətli bələdçilik xidmətinin təqdim edilməsini təmin edəcək.
Mənbə:APA
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Turizm xəbərləri
24 
Apr
2024
02:00
Turizm sahəsində geniş potensiala malik olan Hadrutdan yeni görüntülər - VİDEO
150
10
2856
21 
Apr
2024
09:00
Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA + VİDEO
15
158
1639