19 
Apr
2024
00:12
106
26
1764
Virtual karabakh

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

19 Apr, 2024
00:12
1764

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib.

Oxu.Az xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Aprelin 18-də saat 20:10-da Bakıdan qalxan təyyarə yerli vaxtla saat 00:30-da Kəraçiyə çatıb.

Geri dönüş isə yerli vaxtla saat 01:30-da baş tutur və saat 04:20-də təyyarə Azərbaycan paytaxtına enir.

Kəraçini turistlər üçün maraqlı edən onun Pakistanın tarixi və mədəni mərkəzi olmasıdır.

Hazırda AZAL Pakistanın digər iki şəhərinə - İslamabad və Lahora da uçuşlar həyata keçirir.

Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala və ya mobil tətbiqinə daxil ola bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri