15 
Dek
2016
12:10
165
26
11126
Virtual karabakh

Bakıda “sosial soyuducu” layihəsinə start verildi – VİDEO

15 Dek, 2016
12:10
11126

Bakıda “sosial soyuducu” layihəsinə start verildi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq bir neçə aydır ki, Bakının Biləcəri qəsəbəsində, Teymur Yaqubov küçəsi 12-də Emin Abdullayev adlı vətəndaş tərəfindən yaradılmış “Ehtiyacın varsa, götür. Ehtiyacın yoxdursa, gətir” mağazası fəaliyyət göstərir.

Bu günlərdə isə mağazada yeni “sosial soyuducu” layihəsinə start verilib. Ehtiyacı olan insanlar üçün soyuducuda müxtəlif qida məhsulları qoyulub.

Layihənin təşkilatçısı Emin Abdullayev Oxu.Az-a bildirib ki, insanlar bu layihəyə laqeyd yanaşmırlar, əllərindən gəldiyi qədər kömək etməyə çalışırlar. 

Ümumilikdə, gün ərzində 15-20 ailənin layihədən yararlandığını deyən təşkilatçı, ehtiyacı olan, lakin gəlməyə sağlamlığı imkan verməyən insanlar üçün evə çatdırılma olduğunu da bildirib.

İsmayıl Nur

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri